SON DƏQİQƏ

Zəngəzurda nadir quş növü tapıldı

Tarix:

Bu gün, 12:09

/ 2 768 dəfə oxundu.
Zəngəzurda nadir quş növü tapıldı

Qərbi Zəngəzur bölgəsində xilasedicilər yaralı halda tapılan ağbaş kərkəsi mütəxəssislərə təhvil veriblər.

GunA.az  xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, nadir quş növü Sisian rayonunun yaşayış məntəqələrindən birində aşkar edilib. Ağbaş kərkəs Ermənistanın Qırmızı Kitabına daxil olan nadir quş növlərindən biridir.

Xilas edilən quş daha sonra İrəvana aparılaraq baytar müayinəsindən keçirilib və müalicəyə cəlb olunub. Bildirilib ki, onun səhhətində müsbət dinamika müşahidə edilir.

скачать dle 12.1

Şərhlər