SON DƏQİQƏ
» » Azərbaycanda dəyişiklər qüvvəyə minir - KİMLƏRİ NƏ GÖZLƏYİR?

Azərbaycanda dəyişiklər qüvvəyə minir - KİMLƏRİ NƏ GÖZLƏYİR?

Tarix:

Bu gün, 12:33

/ 3 783 dəfə oxundu.
Azərbaycanda dəyişiklər qüvvəyə minir - KİMLƏRİ NƏ GÖZLƏYİR?

Bu gündən Azərbaycanda bir sıra dəyişikliklər tətbiq olunacaq.
GunAz.az xəbər verir ki, dəyişikliklər nəqliyyat, sosial təminat, energetika və hərbi xidmət sahələrini əhatə edir.  
Belə ki, bu gündən "BakıKart" kartının satış qiyməti 2 manatdan 3 manata yüksəlir.
Eyni zamanda, gücü 25-60 Vt olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Həmçinin qadınların pensiya yaşı da artırılır. Belə ki, pensiya yaşı 64 il 6 aydan 65 yaşa yüksəlir.
Bundan başqa, Bakı-Balakən qatarının vaxtı dəyişir. Yeni qrafikə əsasən, qatar Bakından saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.
İyulun 1-dən 30-dək hərbi xidmətə növbəti çağırış və ehtiyata buraxılma prosesi həyata keçiriləcək.Milli.az
скачать dle 12.1

Şərhlər