“Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat"da dəyişiklik
edilib.
GUNAZ.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib.
"Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat"ın 26-cı hissəsinə edilən dəyişikliyə əsasən, avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin baza hissəsinin 20 faizi məbləğində pul kompensasiyası veriləcək.