Almaniyada təhlükəsizlik orqanları bundan sonra "WhatsApp” mesajlarını da nəzarət edəcək. Almaniya Federal Daxili İşlər Nazirliyinin yığıncağında terrorla səmərəli mübarizə məqsədiylə telefon danışıqları ilə yanaşı "WhatsApp” yazışmalarının da təhlükəsizlik orqanları tərəfindən izlənilməsi qərara alınıb. Drezdendəki yığıncaqda Almaniyanın federal daxili işlər naziri Tomas de Maizier, təhlükəsizlik orqanlarının hüquqi və texniki cəhətdən təchizatının vacibliyini bildirib.
Lakin bu qərar ölkədə birmənalı qarşılanmayıb. Müəyyən kəsim telefon danışıqları və "WhatsApp” yazışmalarını izləməsinə etiraz edib. Bunun mənasız olduğunu bildiriblər.