Bu ölkədə “WhatsApp” mesajları yoxlanılacaq

Bu ölkədə “WhatsApp” mesajları yoxlanılacaq
Almaniyada   təhlükəsizlik orqanları bundan sonra  "WhatsApp” mesajlarını da nəzarət edəcək. Almaniya Federal Daxili İşlər Nazirliyinin  yığıncağında terrorla  səmərəli mübarizə məqsədiylə telefon danışıqları ilə yanaşı "WhatsApp” yazışmalarının da təhlükəsizlik orqanları tərəfindən izlənilməsi qərara alınıb.  
Drezdendəki  yığıncaqda Almaniyanın federal daxili işlər naziri Tomas de Maizier, təhlükəsizlik orqanlarının hüquqi və texniki cəhətdən təchizatının vacibliyini bildirib.  
Lakin bu qərar ölkədə birmənalı qarşılanmayıb. Müəyyən kəsim telefon danışıqları və "WhatsApp” yazışmalarını izləməsinə etiraz edib. Bunun   mənasız olduğunu bildiriblər.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt