Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında (PA) yeni şöbə yaradılıb. "Report” xəbər verir ki, bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir.
Hələlik şöbə müdiri vəzifəsinə təyinat olmayıb.
Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb.
Qeyd edək ki, bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.