SON DƏQİQƏ

Ramazan ayında açılan geniş rəhmət qapıları

Tarix:

27-05-2017, 15:57

/ 6 152 dəfə oxundu.
Ramazan ayında açılan geniş rəhmət qapıları

  Ramazanın rəhmət qapısı bu mənayadır ki, o hamını dəvət edir, süfrəni hamı üçün açıb. Hansı inancından, imanından və etiqadından aslı olmayaraq geniş rəhməti ilə hamını ramazan süfrəsinə dəvət edir.

Zaman və məkanların içində ramazan ayı kimi bəzi vaxtların xüsusi çəki və mənəvi dəyəri vardır. Belə ki, əgər bu xüsusi vaxtlarda ibadət edilərsə, mənəviyyat aləmində daha böyük naliyətlər əldə edilmiş olar.
 
Düzdür ki, Allah rəhimli və mərhəmətlidir. Ümumi baxışda onun rəhmi genişdir və hamıya şamil olur, lakin bu vüsət almış rəhmət xilqət və vücud baxımından bütün varlıqlara şamil olur.
Bu rəhmətdə mömin və kafir, mücahid və qeyri – mücahid, günahkar və qeyri - günahkar birdirlər. Belə ki,cəmadat aləmi, nəbatat aləmi, heyvanat aləmidə Allahın bu rəhmətindən istifadə edirlər. Yəni bütün insanlar və bütün kainat Allahın geniş rəhmətindən, onun vüsətindən yararlanırlar.
 
Allahın rəhmət və mərhəmət qarşısında mömin və kafir fərqlənmir, lakin bir də Allahın xüsusi bir rəhməti və mərhəməti vardır. Ramazan ayında biz görürük ki, Allahın xüsusi rəhməti möminlərə, salehlərə, siddiqlərə və yaxşı insanlara daha çox şamil olur. Onların sayəsindədə günahkarlar da bu feyizdən istifadə edirlər, lakin onlar birinci dəstə qədər bu feyizlərdən istifadə edə bilmirlər.
 
Ramazanın rəhmət qapısı bu mənayadır ki, o hamını dəvət edir, süfrəni hamı üçün açıb. Hansı imanından və etiqadından aslı olmayaraq geniş rəhməti ilə hamını ramazan süfrəsinə dəvət edir.

GUNAZ.az

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər