SON DƏQİQƏ

Zühur zamanı yer diriləcəkdir

Tarix:

16-05-2017, 21:23

/ 3 136 dəfə oxundu.
Zühur zamanı yer diriləcəkdir

Allah- Taala yer üzünün İmam Mehdinin (ə.f) zühur ilə dirildər. O Həzrət yer üzündə elə bir ədalət hakimiyyəti yaradacaq və ədaləti yer üzündə elə bir formada yayacaq ki, bütün yer əhli canlanacaq. Yer üzü uzun müddət zülmdən ölü olduğu kimi ədalət ilə diriləcəkdir.
ŞƏBİSTAN xəbər agentliyi "mehdiçilik" bölməsi: Dünyanın bütün yeraltı və yerüstü sərvətləri imam Mehdinin (ə) ixtiyarında olacaq, tarlaların məhsulu artacaq, mal-dövləti insanlar arasında bərabər böləcək və kimsəni başqasından üstün tutmayacaq. Onun dövründə hər kəs rifah içində olacaq, bolluqda yaşayacaq, hətta heyvanlar belə çoxalacaq və bir-birinin kənarında dinc yaşayacaqlar. Yer üzü yaşıllaşacaq, çayların suları artacaq, yeraltı xəzinələr, sərvətlər və digər mədənlər rahatlıqla əldə ediləcək.
İmam Baqir (ə) buyurur: "Bizm Qaimimiz qiyam etdiyi zaman, şərafətli əlini bəndələrin başı üzərinə qoyar, ağıllarını bir yerə toplayıb elmlərini təkminləşdirər, Allah-Təala onların görmə-eşitmə qabilliyətini artırar və nəhayət onlarla Qaim (ə.c.) arasında mane olmaz. Həzrət Qaim (İmam Zaman) hər zaman onlarla danışmaq istəsə, hər yerdə olsalar eşidərlər və onları haradan istəsələr Həzrətə baxar və Onu öz iqamətgəhında görərlər”. (Yovmul-xilas 269)
İmam Baqir (ə) Quran- Kərimin bu ayəsnin   «اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا» ki, buyurur "Allah- Taala yer üzünü öldükdən sonra dirildəcəkdir" təfsirində buyurur: Allah- Taala yer üzünün İmam Mehdinin (ə.f) zühur ilə dirildər. O Həzrət yer üzündə elə bir ədalət hakimiyyəti yaradacaq və ədaləti yer üzündə elə bir formada yayacaq ki, bütün yer əhli canlanacaq. Yer üzü uzun müddət zülmdən ölü olduğu kimi ədalət ilə diriləcəkdir. (Biharul-Ənvar, c.51, s.64.)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər