Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib. Qüdrət Şükürov Ölkə.az-a açıqlamasında barəsində cinayət işinin açılması və işdən qovulması barədə yayılan məlumatları təkzib edib. "Mənim haqqımda heç bir cinayət işi və sairə açılmayıb, işdən çıxarılmamışam. Bu cür xəbərlər yalandır. Mən işimin-gücümün başındayam. Kimlərsə ağıllarına gələn xəbərlər yayırlar. Mənim işim-gücüm yoxdur? İndi durub bu adamlara vaxt sərf etmək istəmirəm. Bizi şərləyən adam artıq məhkəməyə də verilib”, - o bildirib.
Xatırladaq ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) tərəfindən "Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin, "Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılmışdı.