Bakıda 2 nəfərdən saxta pul götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də Binə qəsəbə sakinləri Rövşən Vəliyevdən və Tural Abdullayevdən 10 ədəd 50 manatlıq saxta əskinas götürülüb.
T.Abdullayevin evinə baxış zamanı isə oradan əlavə olaraq 2 ədəd 50 manatlıq saxta əskinas da aşkar edilib. Araşdırma aparılır.