SON DƏQİQƏ
» » Artıq vergi ödəməyəcəklər: Yeni güzəşt kimlərə şamil olunur?

Artıq vergi ödəməyəcəklər: Yeni güzəşt kimlərə şamil olunur?

Tarix:

27-04-2026, 12:53

/ 4 850 dəfə oxundu.
Artıq vergi ödəməyəcəklər: Yeni güzəşt kimlərə şamil olunur?

Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşt müəyyənləşir.
GunAz.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
скачать dle 12.1

Şərhlər