SON DƏQİQƏ
» » "AtaSığorta" fəaliyyətini dayandırır: Müştərilər" Atəşgah"a transfer olundu

"AtaSığorta" fəaliyyətini dayandırır: Müştərilər" Atəşgah"a transfer olundu

Tarix:

20-04-2026, 10:23

/ 2 619 dəfə oxundu.
"AtaSığorta" fəaliyyətini dayandırır: Müştərilər" Atəşgah"a transfer olundu

"AtaSığorta" ASC-nin sığorta portfeli rəsmən "Atəşgah Sığorta"ya dövr edilib. 
GunAz.az -ın əldə etdiyi məlumata görə, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış bütün aktiv sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti" ASC-yə ötürülüb.
Artıq əmlakı, avtomobili və ya məsuliyyəti "AtaSığorta"da sığortalanan şəxslər hər hansı sığorta hadisəsi ilə üzləşərsə və ya müraciət etmək ehtiyacı yaranarsa,  birbaşa "Atəşgah Sığorta"ya müraciət etməlidirlər.
 Bu proses “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsinə uyğun olaraq tənzimlənir və müştərilərin hüquqlarının tam qorunmasını təmin edir.
Xatırladaq ki, "AtaSığorta"nın maliyyə vəziyyəti ötən ilin sonundan etibarən nəzarətə götürülmüşdü. Şirkətin yığım portfeli ötən ilin sonunda 10 milyon 31 min manat təşkil etsə də, cari ilin 6 yanvar tarixində Azərbaycan Mərkəzi Bankı (AMB) şirkətin satışlarını məhdudlaşdırmış və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi.Ekspertlərin fikrincə, portfelin digər şirkətə ötürülməsi AMB-nin yaxın günlərdə "AtaSığorta"nın lisenziyasını tamamilə ləğv edəcəyinin əsas göstəricisidir.

скачать dle 12.1

Şərhlər