SON DƏQİQƏ
» » Qaradağda Qəhrəman övladlarının BAYRAM SEVİNCİ

Qaradağda Qəhrəman övladlarının BAYRAM SEVİNCİ

Tarix:

29-12-2025, 16:30

/ 3 230 dəfə oxundu.
Qaradağda Qəhrəman övladlarının BAYRAM SEVİNCİ

Qaradağ rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il böyük coşğu ilə qeyd olunub
29 dekabr tarixində "Qaradağ" şadlıq sarayında keçirilən bayram tədbiri təkcə böyüklər üçün deyil, həm də vətən fədailərinin bizə əmanəti olan uşaqlar üçün unudulmaz anlarla yadda qalıb. Qaradağ Rayon İcra Hakimiyyətinin təşkil etdiyi mərasimdə Şəhid valideynləri, Şəhid uşaqları, Qazilər-uşaqları, Veteran və veteran övladları xüsusi qonaq qismində iştirak ediblər.

Dövlət qayğısı və milli birlik vurğusu

Tədbirdə çıxış edən natiqlər Azərbaycanın son illərdə qazandığı tarixi qələbələrdən və bu uğurların təməlində dayanan milli həmrəylikdən söz açıblar:

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öz çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan həmrəylik günü bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli dövlətə çevrildiyini vurğulayaraq bildirib: "Bizim ən böyük sərvətimiz birliyimizdir. Bu gün bu süfrə arxasında əyləşən şəhid valideynləri və qazilərimiz bizim baş tacımızdır. Qəhrəmanlarımızın övladlarını belə şən görmək bizim üçün ən böyük mükafatdır. Onların xoşbəxt böyüməsi, yaxşı təhsil alması dövlətimizin prioritetidir," - deyərək uşaqları bağrına basıb və onlara uğurlu gələcək arzulayıb.Onların fədakarlığı sayəsində biz bu bayramları alnıaçıq, qalib xalq kimi qeyd edirik." Natiq rayon sakinlərinə yeni ildə firavanlıq və tərəqqi arzulayıb.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan və dövlət-xalq birliyindən danışıb. O bildirib ki, dünya azərbaycanlılarının vahid ideologiya ətrafında sıx birləşməsi milli dövlətçiliyimizin sarsılmazlığının təminatıdır. Sədr, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.Uşaqlarla yaxından maraqlanaraq, onların hər birinin cəmiyyətimiz üçün dəyərli bir fərd olduğunu qeyd edib.

Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının qanunvericilik səviyyəsində də hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Səbinə Xasayeva qeyd edib ki, Azərbaycan qadını, Azərbaycan anası hər zaman cəmiyyətin sütunu olub: "Bu gün burada bizimlə olan şəhid analarının qarşısında baş əyirik. Sizin mətanətiniz bizim üçün örnəkdir. Arzu edirəm ki, yeni il hər bir azərbaycanlı ailəsinə ruzi-bərəkət və sülh gətirsin. Bu Fidan balalarımızın gələcəyi üçün hamımız bunlara dayaq olmalıyıq"
Çıxışlardan sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib. Tanınmış incəsənət ustalarının ifasında səslənən vətənpərvərlik mahnıları və bayram təranələri iştirakçılarda xoş ovqat yaradıb.

Balaca qonaqlar üçün nağıl dünyası

Tədbirin ən yaddaqalan və səmimi anları uşaqlar üçün təşkil olunan əyləncəli proqram zamanı yaşanıb. Mərasimə dəvət olunan klonların və nağıl qəhrəmanlarının çıxışları uşaqların böyük marağına səbəb olub. Klonların uşaqlarla birgə rəqsləri, müxtəlif oyunlar və maraqlı şoular azyaşlı qonaqlara əsl bayram sevinci yaşadıb. Onların üzündəki təbəssüm tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
 Rayon İcra Hakimiyyəti tərəfindən açılan bayram süfrəsi və səmimi söhbətlər əsl həmrəylik nümayişinə çevrilmişdi.
Bilman İSAQ








скачать dle 12.1

Şərhlər