
? GunAz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portallarına istinadən 20.11.2025-ci il tarixli qoroskopunu təqdim edir:
♈ Qoç (21 Mart - 19 Aprel)
Bu gün əqli əmək və fəlsəfi mövzularda düşüncələr üçün əlverişlidir. Təhsildə və elmi tədqiqatlarda uğur qazana bilərsiniz. Yeni tanışlıqlar qurmaq mümkündür, ancaq daha çox ağıllı və erudit insanlarla ünsiyyətə üstünlük verin. Köhnə dostlarınızla münasibətləri düzəltmək üçün şansınız olacaq.
♉ Buğa (20 Aprel - 20 May)
Buğa bürcü üçün bu gün ehtiyatlı olmaq vacibdir. Tələsik qərarlar verməyin və hər addımı ölçüb-biçin. Təbii səbrinizi köməyə çağırın. Sizi cəlb edən biri ilə ünsiyyət xoş təəssürat yarada bilər. Ailədə və münasibətlərdə anlaşılmazlıqlar yarana bilər, davranışlarınızı izah etməyə çalışın.
♊ Əkizlər (21 May - 20 İyun)
İşgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat enerjiniz yüksəkdir, bu da uğur qazanmağınıza kömək edəcək. Yeni bir şey öyrənməyə cəhd edin, əldə etdiyiniz bilik və bacarıqlar yaxın zamanda sizə faydalı olacaq. Konsentrasiyanızı yüksək saxlayın.
♋ Xərçəng (21 İyun - 22 İyul)
Dostlarla görüşlər, yaxınlarla ünsiyyət sizə sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Maliyyə baxımından uğurlar gözlənilir, lakin qərəzli sövdələşmələrdən uzaq durun. Günü xoş ovqatda keçirəcəksiniz.
♌ Şir (23 İyul - 22 Avqust)
Həddindən artıq məhsuldar bir gün sizi gözləyir. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Lakin bütün qarşıdurma və münaqişələrin kəskinləşmə ehtimalı var, bu səbəbdən tərəfdaşlarınızla sivil qaydada davranın.
♍ Qız (23 Avqust - 22 Sentyabr)
Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Görüşdüyünüz adamlar problemlərinizin həllində əsaslı rol oynaya bilər. Planlı şəkildə hərəkət etməyiniz işlərinizi asanlaşdıracaq. Qərar çıxararkən reallığı nəzərə alın, mürəkkəb situasiyalardan narahat olmayın.
♎ Tərəzi (23 Sentyabr - 22 Oktyabr)
Ailə-sevgi münasibətlərində bütün proseslər ürəyinizcə olacaq. Qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın. Sağlamlığınıza fikir verin, aktivliyinizdə azalma ola bilər. Gözlənilməz maliyyə uğuru mümkündür.
♏ Əqrəb (23 Oktyabr - 21 Noyabr)
Özünüzə inamınız yüksək olacaq və mühüm addımlar atmaq üçün münasib vaxtdır. Yeni başlanğıclar üçün enerjiniz var. Yaxşı olar ki, günün ilk yarısında münasibətlərin tənzimlənməsinə vaxt ayırın. Nahardan sonra iş prinsipinidə uğurlarınız başlayacaq.
♐ Oxatan (22 Noyabr - 21 Dekabr)
Əgər öz güc və potensialınıza inanırsınızsa, boş dayanmayın. Məqsədinizə gedən yolda qətiyyətlə irəliləyin. Etibarlı dostlarınızdan dəstək alacaqsınız. Həyatınızda hər şeyi dəyişdirəcək hadisə və ya maraqlı bir qarşılaşma üfüqdədir.
♑ Oğlaq (22 Dekabr - 19 Yanvar)
Beyninizdə ilişib qalan arzularınızı tədricən reallaşdırmağa başlaya bilərsiniz. Nüfuzlu və təcrübəli insanların köməyindən yararlanın. Büdcənizdə artım gözlənilir. İş həyatında yeniliklər və məsuliyyətlər gündəmdə olacaq.
♒ Dolça (20 Yanvar - 18 Fevral)
Sosial həyatınız canlanacaq. Çoxdan görmədiyiniz doğma və yaxınlarınızla görüşmək üçün münasib gündür. İş həyatında irəliləyiş mümkündür. Sağlamlığınıza fikir verin. Sizin həyatınızda köklü dəyişikliklər dönəmi başlayır, dəyişim və dönüşüm yaşayacaqsınız.
♓ Balıqlar (19 Fevral - 20 Mart)
Maddi məsələlərdə ehtiyatlı davranın, xırda anlaşılmazlıqlar yarana bilər. Səbirli olun, hər şey öz yoluna düşəcək. Özünüzə vaxt ayırmağı unutmayın. Intuitiv qərarlarınız düz çıxacaq.
































