SON DƏQİQƏ
» » Ramazan, Qurban və Pasxa bayramlarını nə birləşdirir?

Ramazan, Qurban və Pasxa bayramlarını nə birləşdirir?

Tarix:

19-04-2025, 18:22

/ 3 344 dəfə oxundu.
Ramazan, Qurban və Pasxa bayramlarını nə birləşdirir?

“Yəhudilərin Misirdən çıxaraq Firon əsarətindən xilas olması münasibəti ilə qeyd etdikləri Pesax bayramı var. Bir də xristianların Pasxa bayramı mövcuddur. Xristian inancına görə İsa çarmıxa çəkildikdən bir müddət sonra yenidən dirilib. Bu, xristian təriqətlərlərinə az fərqlə ilin müəyyən ayına təvafüq edir və həmin ərəfədə bayram təşkil olunur. Bu bayramın da özünəməxsus ənənələri, ayinləri mövcuddur. Əsasən humanizmi özündə əks etdirir və dualar, Yaradana şükür, sevinc əmahiyyət daşıyır.”
Bu fikirləri GunAz.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan səsləndirib:
“Pasxadan əvvəl müəyyən günlər ərzində oruc da tutulur. Pravoslav xristianlar bu bayramı aprelin 24-də, katoliklər isə 17-də qeyd edirlər. Pasxa bayramının tarixi hər il Ramazan ayı kimi müxtəlif günlərə düşür. Buna səbəb bayramın Ay təqvimi ilə hesablanmasıdır. Pasxa həftəsi hər il aprelin 4-dən mayın 8-ə kimi yer dəyişir. Pasxa üçün əsas şərt, martın 21-nin, başqa sözlə gecə-gündüz bərabərliyinin tamam olması və Məsihin dirilmə gününün mütləq şəkildə bazar gününə düşməsi ilə bağlıdır. Bəzən yəhudilərin Pesax bayramı ilə üst-üstə düşərsə, bir həftə əvvələ çəkilir.”
İlahiyyatçı qeyd edib ki, müsəlman aləmində Ramazan və Qurban əsas bayramlardandır:
“Onlar da ay təqviminə görə hesablanır. Pesax, Pasxa, Qurban və Ramazan bayramları ümumiyyətlə oxşar və fərqli cəhətləri ilə cəmiyyətin mənəvi təşəkkülünə əlavə harmoniya qatır, rəngarəngliyi, öz xüsusi rayihəsi ilə xoş ovqat bəxş edir. Əslində bu dinlərin fərqli zamanlardakı bayramları insanları yoruculuqdan xilas edir. Mahiyyətinə görə bu bayramların hədəfi Allaha ibadət, şükr, onun yolunda yaxşılıq etmək, insanlara sevinc verməkdir. Detallarda, günlərdə, ibadətlərdə fərqlər ola bilər. Lakin əsas etibarı ilə dini-fəlsəfi, sosial cəhətdən bu bayramlar humanist məqsədlərə xidmət edir. Ölkəmizdə də katolik və provaslavlar hər il bu bayramları qeyd edir, öz ibadət və ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Müsəlmanlar onları təbrik edir, sevinclərinə şərik olurlar. Onlar da səmavi dinin nümayəndələri olaraq müsəlmanlara təbrik və xeyir-dualar edirlər. Beləliklə, xristian, yəhudi və müsəlman bayramları həm də sosial bağların yaranmasına, mehr-məhəbbətə vəsilə olur.”
скачать dle 12.1

Şərhlər