SON DƏQİQƏ

Bu tarixdə tikinti materialları ucuzlaşacaq

Tarix:

Dünən, 17:41

/ 3 266 dəfə oxundu.
Bu tarixdə tikinti materialları ucuzlaşacaq

Son vaxtlar tikinti bazarında canlanma müşahidə olunur. Buna görə də Azərbaycanda tikinti materiallarının qiymətləri keçən iin eynil dövrü ilə müqayisədə 3,5% – 5,7% çox olub. Bəs görəsən, tikinti materiallarının ucuzlaşması gözlənilirmi, yoxsa əksinə, qiymətlər daha da artacaq?
Mövzu ilə bağlı GunAz.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, tikinti materiallarının bahalaşması növbəti aylarda davam edəcək.

Bütün bunlar insanları paytaxtdan regionlara qaytara bilər - AÇIQLAMA

“Hal-hazırda Azərbaycanın işğaldan azad edilmiş ərzilərində tikinti-bərpa işləri gedir. Təxmini demək olar ki, ildə 6 milyard manatdan çox dəyəri olan işlər görülür. Bu həcmlərin əksəriyyətini tikinti-bərpa işləri təşkil edir. Ona görə də bütün il boyu Azərbaycanda tikinti materialları baha olur. Ümumiyyətlə, tikinti materiallarının mövsümü olmur.“
Ekspert qeyd edir ki, isti aylarda tikinti-bərpa işləri ilə daha çox məşğul olurlar.
“Hesab edirım ki, dekabr-aprel ayına qədər tikinti materiallarının qiymətləri sabit və ya ucuz olur. Çünki bu dövrdə tələbat azalır. Soyuq aylarda tikinti-bərpa işlərində azalmanın şahidi oluruq. İşğaldan azad edilən ərazilər üçün də bunu demək olar. Orada iqlim daha sərtdir. Havalar daha soyuq keçir. Soyuq hava şəraitində işlər orada da səngiyir.“
Müsahibimiz bildirib ki, noyabr ayının sonundan aprel ayının əvvəlinə kimi tikinti materialları digər dövlərə nisbətən ucuzlaşır.скачать dle 12.1

Şərhlər