SON DƏQİQƏ

Azərbaycanda tikinti şirkəti cərimələndi

Tarix:

15-07-2023, 17:53

/ 1 757 dəfə oxundu.
Azərbaycanda tikinti şirkəti cərimələndi

Gəncədə qanunsuz gəc mineral xammalı götürən tikinti şirkəti cərimələnib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşları nəzarət tədbirləri zamanı Gəncə şəhəri, “Şıxdüzü” adlanan ərazidə “Abadlıq” Tikinti Materialları İstehsalı Firmasının qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürdüyünü aşkarlayıblar.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub.

Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.
скачать dle 12.1

Şərhlər