SON DƏQİQƏ

Bərdədə ağac və kol bitkiləri məhv edildi

Tarix:

31-03-2023, 17:59

/ 1 713 dəfə oxundu.
Bərdədə ağac və kol bitkiləri məhv edildi

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığını və nəticədə ağac və kol bitkilərinin məhv edildiyini müəyyən edib.

Bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub:

"Faktla bağlı akt tərtib edilib. Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.
скачать dle 12.1

Şərhlər