SON DƏQİQƏ
» » Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Tarix:

21-04-2022, 21:15

/ 1 497 dəfə oxundu.
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-mart aylarında istehsalın ümumi dəyəri 202,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8 faiz artıb.

GunAz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

 

Qeyd edilib ki, dövr ərzində asfaltın istehsalı 2,0 dəfə, tikinti kərpicinin istehsalı 72,6 faiz, tikinti gipsinin istehsalı 46,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 36,2 faiz artıb, betondan yığma tikinti konstruksiyaları istehsalı 15,8 faiz, tikinti əhənginin istehsalı isə 25,8 faiz azalıb.//Trend


скачать dle 12.1

Şərhlər