SON DƏQİQƏ
» » TikTok-dan instaqrama rəqib olacaq yeni tətbiq - Foto

TikTok-dan instaqrama rəqib olacaq yeni tətbiq - Foto

Tarix:

22-06-2024, 10:18

/ 3 598 dəfə oxundu.
TikTok-dan instaqrama rəqib olacaq yeni tətbiq - Foto

TikTok yeni sosial media tətbiqi olan “Whee”ni təqdim edib.
GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram istifadəçilərə yalnız fotoşəkilləri paylaşmağa imkan verir.
Ötən aylarda 30 dəqiqəlik videolarla yutubda yer almağa hazırlaşan TikTok indi də instaqrama rəqib olacaq tətbiqi hazırlayıb. Lakin bu tətbiq instaqramdan fərqli olaraq, yalnız dostlarınızın görə biləcəyi fotoşəkilləri paylaşmaq üçün nəzərdə tutulub.
“Whee” adlı foto tətbiqi hazırda “Google Play Store”da test mərhələsindədir.
Proqram ABŞ başda olmaqla, bir çox ölkədə hələ mövcud deyil.
скачать dle 12.1

Şərhlər