SON DƏQİQƏ
» » İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Tarix:

23-04-2024, 11:44

/ 2 203 dəfə oxundu.
İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Aprelin 23-də Ermənistan Tavuş vilayətinin Bağanis-Əskipara (Voskepar) istiqamətində Azərbaycanla sərhədlərin delimitasiyası işlərinə başlayır.
GunAz.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidə aparılan minalardan təmizləmə işləri və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yaxınlıqdakı minalanmış ərazilərə daxil olmalarının qarşısını almaq üçün Bağanis-Əskipara avtomobil yolu bağlanıb:
“Bu gün sərhədin Bağanis-Əskipara hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır. Ermənistanın suveren ərazisinin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Demarkasiyadan sonra sərhəd xəttinin mühafizəsi Ermənistan Sərhəd Qoşunlarına veriləcək”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ