SON DƏQİQƏ
» » "Cığır" romanının Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm- ÖZƏL Cavid İsmayıl

"Cığır" romanının Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm- ÖZƏL Cavid İsmayıl

Tarix:

16-04-2024, 12:37

/ 3 010 dəfə oxundu.
"Cığır" romanının  Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm- ÖZƏL Cavid İsmayıl

"30 il erməni işğalı altında olan torpaqlarımız Azərbaycan gənclərinin şücaəti hesabına azad edildi. Etiraf edilməlidir ki, işğal dövrü bizim üçün ən ağır dövr idi." 
Bu sözləri  Olaylar.az-a "Turan Araşdırma Mərkəzi" İctimai Birliyin sədri, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl  Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib:  "Lakin Ali Baş Komandanın rəhbərliyi ilə 250 ilin ən şanlı tarixi yazıldı. 44 günlük Vətən müharibəsindəki qələbəni qızıl salnamə hesab etmək olar. İndi hərb tariximizi dünyanın aparıcı dövlətləri öyrənir. Ən yeni tariximiz olan 44 günlük Vətən müharibəsindəki faktlar məhz "Cığır" romanında əksini tapıb. İlk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı "Cığır" romanında verilib. 
Eyni zamanda vətənimizin bütövlüyünü və sabitliyini məqsədli olaraq ideolji cəhətdən məhv etmək istəyən məkrli qüvvələrin də olduğu bizlərə məlumdur. "Çığır" romanı belə məkrli niyyətlərə də qarşı bir ideoloji sipərdir. Bu baxımdan "Cığır" romanının  Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm."
Xatırladaq ki, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanında Pənahəli xanın Şuşa qalasını inşa etməsi, Şuşa qalasına gedən cığırın tədqiq edilərək üzə çıxarılması, ermənilərin tarixin müxtəlif dövrlərində Şuşanı, eləcə də Şuşa qalasını ələ keçirmək üçün məkrli planlar qurması, eyni zamanda Qarabağın incisi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi hadisələri tarixi xronoloji ardıcılıqla verilib. Romanda yazıçı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, həmçinin ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi kimi tarixi anlar, zəfər tarixi də geniş və ətraflı şəkildə oxuculara çatdırılıb. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev obrazını yaradaraq onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, "Cığır" romanının Dövlət mükafatına namizədliyi qəbul edilib.
Səfurə SAF
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ