SON DƏQİQƏ
» » Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində

Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində

Tarix:

15-12-2022, 18:19

/ 2 457 dəfə oxundu.
Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki  Sənaye və Texnologiya Kollecində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib.

Tədbirdə Sənaye və Texnologiya Kollecinin tələbə və müəllim heyəti iştirak edib. Tədbiri açan Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman  haqqında məlumat verib. F.Şahbazlı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra Kollecin Dillər kafedrasının müdiri Gülnar Ələkbərova, Dillər kafedrasının müəllimi Mərdan Camalov, metodist  Ceyran Bayramova, Humanitar kafedrasının müdiri Vüsalə Əbdurrəhimova, şöbə müdiri Ramal İlhamlı , Azərbaycan dili kafedrasının müəlliməsi Aynur Rzaquluyeva, metodika kabinetinin müdiri Xəlil Bağırov, Təlim tərbiyə üzrə müavin Pərvanə İsmayılova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirdə  yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib. Sonda   xatirə şəkli çəkdirilib.
Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində
Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində
Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində
Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində
Yunus Oğuzun "Cığır" romanı Sənaye və Texnologiya Kollecində
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ