SON DƏQİQƏ
» » Türkiyə Yunus Oğuzun "Cığır" romanının təqdimatı olub

Türkiyə Yunus Oğuzun "Cığır" romanının təqdimatı olub

Tarix:

26-12-2022, 17:04

/ 2 314 dəfə oxundu.
Türkiyə Yunus Oğuzun "Cığır" romanının təqdimatı olub

Türkiyənin Ankara şəhərində yazıçı-publisist Yunus Oğuzun Anadolu türkcəsində işıq üzü görən "Cığır" romanının təqdimatı keçirilib.

Türkiyə Elm və Ədəbiyyat Əsərləri Müəlliflərinin Məslək Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində qardaş ölkə Türkiyədən və Azərbaycandan tanınmış ədəbiyyatçılar, nüfuzlu ziyalılar iştirak ediblər.

Çıxış edənlər "Cığır" romanında Şuşanın 270 il əvvəl yaradıldığı gündən 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən düşməndən azad edildiyi günə qədərki tarixindən bəhs  olunduğunu bildiriblər.
Qeyd edilib ki, əsər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ