SON DƏQİQƏ
» » Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı

Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı

Tarix:

1-04-2024, 19:24

/ 1 281 dəfə oxundu.
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 23-cü günüdür.

GunAz.az xəbər verir ki, sabah imsak vaxtı saat 04:55, iftar isə 19:21-dədir.

İmsak duası:

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
скачать dle 12.1

Şərhlər