SON DƏQİQƏ
» » "Heydər Əliyev və Azərbaycanda müharibə veteranlarına dövlət qayğısı”

"Heydər Əliyev və Azərbaycanda müharibə veteranlarına dövlət qayğısı”

Tarix:

8-12-2023, 17:28

/ 2 952 dəfə oxundu.
"Heydər Əliyev və Azərbaycanda müharibə veteranlarına dövlət qayğısı”

GunAz.az xəbər verir ki, Qaradağ rayonunda "Heydər Əliyev İli"nə həsr olunmuş dəyirmi masa keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində Ulu öndərin xatirəsinin yad edilməsi məqsədilə “Heydər Əliyev və Azərbaycanda müharibə veteranlarına dövlət qayğısı ” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, şəhid ailələrinin üzvləri və müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş foto sərgi ilə tanış oldular.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Ümummilli liderin Azərbaycanda ordu quruculuğu sahəsində xidmətlərinə, şəxsən cəbhə bölgələrinə səfərlər edərək əsgərlərimizi ruhlandırmasına həsr olunmuş videoçarx nümyiş olundu
Tədbiri açan QMƏVŞAİB Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov Ulu öndər Heydər Əliyevin həm keçmiş Sovet İttifaqı, həm də müstəqilliyin bərpasında sonra Azərbaycanın inkişafı, çiçəklənməsi üçün göstərdiyi əvəzsiz xidmətlərindən danışdı. O, Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində əvvəlcə Ermənistanla müharibədə atəşkəsə nail olunduğunu, sonra 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzlanaması ilə ölkəmizin sürətli inkişaf xəttinə çıxdığını xatırlatdı. M.Heydərov qeyd etdi ki, məhz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət nəticəsində müharibə əlilləri, veteranları və şəhid ailələri Azərbaycanda xüsusi dövlət qayğısı ilə əhatə olundular. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, onların mənzil-məişət şəratinin yaxşılaşdırılması, avtomobillərlə təmin olunması, qazilərin əsaslı şəkildə müalicə alaraq sağalması üçün lazım olan bütün addımlar atıldı, onlara yüksək qayğı və diqqətin mexanizmi işlənib hazırlandı. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ – Vətən müharibəsində qazandığı böyük qələbə hər bir azərbaycanlının qəlbini sevinc hissləri ilə doldurur, hər birimizdə böyük qürur yaradır.

Dəyirmi masada çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğuladı. O bildirdi ki, Ulu öndər Heydər Əliyevin müəyən etdiyi inkişaf strategiyası bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və xalqımızı yeni qələbələrə doğru aparır. YAP rayon təşkilatının sədri Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə iqtisadiyyatın inkişafı, ordu quruculuğu, gənclərin vətənpərvərlik tərbiyəsi və digər istiqamətlərdə həyata keçirdiyi böyük siyasətinin müxtəlif məqamlarından bəhs etdi.

Azərbaycan xalqının qədim tarixə, zəngin mədəniyyətə malik, görkəmli xadimlər yetişdirən bir xalq olduğunu qeyd dən Qafar Əliyev bildirdi ki, Azərbaycan tarixinin təxminən son 60 illik dövrü dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, Ümumilli liderin bu illər ərzində daim Azərbaycan xalqı ilə birlikdə olduğunu qeyd edərək həmin dövrdə qazanılan nailiyətlərin əsasında məhz Heydər Əliyev-xalq birliyinin dayandığını xüsusi vurğuladı. O xatırlatdı ki, 1969-cü ildə Azərbaycanda ilk dəfə hakimiyyətə gələn Ulu öndər qısa müddətdə xalqımızın adını dünyada tanıtdı, öz siyasi və dövlətçilik fəaliyyəti ilə bir daha sübut etdi ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri olmaqla yanaşı, həm də böyük, müdrik, dahi şəxsiyyətlər və siyasətçilər yetirən xalqdır.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin müstəqilliyin bərpasından sonra növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Qafar Əliyev dövlətimizin başçısının ata vəsiyyətinə əməl edərək Ulu öndərin başa çatdıra bilmədiyi arzularını gerçəkləşdirdiyini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdiyini vurğuladı.
Tədbirdə digər çıxış edənlər: Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, müharibə veteranları Ramin Məmmədov, Mehman Hüseynov, Əvəz İsmayılov, Pəri Qasımova, Ələmdar Abdullayev, Bəhram Rəcəbli və başqaları bu gün bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin silinməz izlər qoyduğunu, xüsusən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qayğının dövlət siyasəti səviyyəsinə qaldırılmasında onun xüsusi rolunu qeyd edtilər. Natiqlər vurğuladılar ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı böyük Zəfər tariximizə qızıl hərflərlə yazıldı və yeni inkişaf dövrünün başlanğıcını qoydu


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ