SON DƏQİQƏ
» » Nənənin küçəyə atdığı körpələrin vəziyyəti açıqlandı

Nənənin küçəyə atdığı körpələrin vəziyyəti açıqlandı

Tarix:

25-10-2023, 11:14

/ 2 219 dəfə oxundu.
Nənənin küçəyə atdığı körpələrin vəziyyəti açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində küçəyə atılan körpələrin səhhəti barədə açıqlama verib.

TƏBİB-dən GunAz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə iki uşaq - iki yaşlı oğlan və dörd aylıq bacısı gətirilib:

“Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya Şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ