SON DƏQİQƏ
» » Mina partlayışı zamanı xəsarət alanların son durumu necədir?

Mina partlayışı zamanı xəsarət alanların son durumu necədir?

Tarix:

15-12-2022, 18:14

/ 2 970 dəfə oxundu.
Mina partlayışı zamanı xəsarət alanların son durumu necədir?

Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, dekabrın 15-i saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub".

Qeyd edək ki, dünən Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ