SON DƏQİQƏ
» » Yaxın saatlarda güclü külək başlayacaq: Maksimal sürəti...

Yaxın saatlarda güclü külək başlayacaq: Maksimal sürəti...

Tarix:

30-03-2023, 11:29

/ 1 399 dəfə oxundu.
Yaxın saatlarda güclü külək başlayacaq: Maksimal sürəti...

Ölkənin bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova faktiki hava şəraiti barədə danışarkən deyib.

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-ə çatıb:

"Saat 10.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir. Yaxın saatlarda isə küləyin maksimal sürətinin 18-23, arabir 25-30 m/s-ə çatacağı gözlənilir. Güclü küləkli hava şəraitinin daha iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə arabir 38 m/s-ə çatacağı ehtimalı var. Aprelin 1-i gündüz saatlarından küləyin sürəti tədricən mülayimləşəcək".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ