
Teyyub Qənioğlu
Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin Fizuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, və Dədəli kəndlərini azad etdiyi gündən iki il keçir.
O vaxtdan qısa bir müddət keçməsinə baxmayaraq erməni vandallarının xarabalığa çevirdiyi bu ərazilərdə möhtəşəm quruculuq işlərinə start verilmiş və mənfur düşmənlərimizin bu torpaqlara vurduğu yaralar sürətlə sağalmaqdadır. Beynəlxalq səviyyəli Fizuli hava limanının qısa müddətdə istifadəyə verilməsi buna bariz nümunədir. İndi işğaldan azad edilmiş digər ərazilərimizdə də bərpa-quruculuq işləri sürətlə davam edir və qısa müddət ərzində əhali öz doğma yurdlarına qaytarılacaqdır.
Təəssüf ki, hələ də torpaqlarımızın bir hissəsi müvəqqəti olsa da, Rusiya "sülhməramlılarının” nəzarəti altındadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə zidd olaraq erməni seperatçıları-qaniçənləri gah Rusiyaya, gah ABŞ-a, Fransaya və digər türk düşmənlərinə arxalanaraq hələ də bu ərazilərdə sülənirlər. Ermənilərə dəstək verən Qərb dövlətləri arasında Fransa, prezident Mak(a)ronun timsalında, daha çox canfəşanlıq edir, ermənidən daha çox ermənilik edir. 06 oktyabr 2022-ci ildə Praqada Prezident İlham Əliyevin, N.Paşinyanın, Mişelin və E.Mak(a)ronun iştirakı ilə baş tutan dördtərəfli görüşdə əldə edilən razılaşma tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlana biləyinə az da müəyyən ümidlər vermişdi. Ancaq bundan dərhal sonra Mak(a)ronun Azərbaycanı Ermənistana təcavüz etməqdə suçlaması, Fransa kimi bir dövlətin başçısına yaraşmayan küçə ifadələrini işlətməsi, Azərbaycana ünvanlanmış hədyanlar səsləndirməsi göstərir ki, Fransa regionumuzda sülhün əldə edilməsində yox, təcavüzkar erməniləri dəstəkləməkdə daha çox maraqlıdır.
Təqdirə layiq haldır ki, Prezident İlham Əliyevin Mak(a)ronun bu riyakar, həddini aşan fikirlərinə cavabı çox gözləmədi və bəyan etdi ki, bundan sonra Fransanın Azərbaycanla Ermənistan arasında hər hansı vasitəçiliyi mümkün deyil və rədd edilir! Biz, Təkamül Partiyası olaraq, Prezident İlham Əliyevin bu mövqeyini dəstəkləyirk və inanırıq ki, bundan sonra Fransanın regionumuza burnunun soxulmasına imkan verilməyəcək. Azərbaycan xalqı qəti əmindir ki, Mak(a)ron kimi türk düşmənlərinin erməni seperatçılarına verdiyi dəstəyə baxmayaraq xalqına, möhtəşəm silahlı qüvvələrinə arxalanan dövlətimizin qəti mövqeyi nəticəsində, bu gün bədnam Rusiya "sülhməramlılarının” müvəqqəti yerləşdiyi ərazilərimizdə sülənən erməni quldurları tezliklə "iti qovan kimi” qovulacaqdır! Heç kəsin buna şübhəsi olmasın!