SON DƏQİQƏ
» » AXCP üzvündən Əli Kərmliyə ŞOK İTTİHAM – “Dedi ki, bu gün Milli Məclisi tutacağıq” (VİDEO)

AXCP üzvündən Əli Kərmliyə ŞOK İTTİHAM – “Dedi ki, bu gün Milli Məclisi tutacağıq” (VİDEO)

Tarix:

21-07-2020, 14:56

/ 3 727 dəfə oxundu.
AXCP üzvündən Əli Kərmliyə ŞOK İTTİHAM – “Dedi ki, bu gün Milli Məclisi tutacağıq” (VİDEO)

İyulun 14-də insanların paytaxtda keçirdiyi "Orduya dəstək” yürüşü ilk olaraq möhtəşəmliyi ilə diqqəti cəlb etdi.

Nəinki ölkə, bütün dünya mətbuatı bu yürüşün əzəmətindən, Azərbaycan xalqının birliyindən, orduya dəstəyindən yazdı. Amma bir qrup insanlar yürüşü məqsədindən yayındıraraq başqa istiqamətə yönəltmək istədi. Nəticədə yürüşün sonunda heç bir anlam ifadə etməyən, yürüşün mahiyyətinə zidd olan addım atıldı və bir qrup şəxs Milli Məclisin inzibati binasına daxil olaraq təxribata əl atdı. Bir neçə polisə xəsarət yetirildi, polis maşını yararsız hala salındı. Bundan sonra polis əməkdaşları yürüşü dağıtmaq məcburiyyətində qaldı. Sonradan aparılan araşdırmalar zamanı təxribat törədən şəxslərin bir neçəsi saxlanıldı.

Saxlanılanlar arasında Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd” təşkilatının Rəyasət Heyətinin üzvü Asif Yusifli də var idi. Bu günlərdə isə "Yurd” üzvlərindən biri, həmin yürüşdə iştirak edən Şəmsi Kəsəmənli videomüraciət yayaraq təxribatın Əli Kərimlinin tapşırığı ilə Asif Yusifli tərəfindən hazırlandığını bildirib.

Cebhe.info "Yurd” üzvünün çıxışını olduğu kimi təqdim edir: "12-13 iyul hadisələrində Tovuz bölgəsində generalımızın, zabitlərimizin, əsgərlərimizin şəhid olması ilə bağlı 14 iyulda xalq bir araya gələrək "Orduya dəstək” məqsədilə yürüş keçirdi. Bizim partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifli də çağırış edərək bizim orada toplaşmağımızı istədi. Mən də özümə borc bilərək oraya getdim. O tədbirdə iştirak etməyi özümə borc bildim. Mən ora çatanda Asif Yusifli ilə görüşdük, bizə bildirdi ki, bu gün biz Milli Məclisi tutacağıq. Hakimiyyət dəyişikliyi olacaq və Əli Kərimli bununla da prezident olacaq. Orda gördüm ki, bunun məqsədi orduya dəstək yox, qarşıdurma yaratmaq, xalqı bir-birinə qarşı çıxartmaqdır. Gördüm ki, aldanılmışam, tək mən yox, mənim kimi yüzlərlə insan da aldanılıb. Buna görə də "Yurd”dan istefa verirəm. Xahiş edirəm ki, müvafiq qurumlar bu barədə araşdırma aparsın və tədbirlər görüsün”.



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ