SON DƏQİQƏ
» » Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO

Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO

Tarix:

13-06-2020, 14:01

/ 4 036 dəfə oxundu.
Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azər­bay­can dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 12 iyun 2020-ci il tarixdə general və zabitlərdən ibarət bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin "Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azər­bay­can Respubli­kasının Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və "Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.

Sərhədçi yürüşünün yekununda qeyd olunub ki, ümummilli lider Hey­dər Əliyevin Azərbaycan döv­lət­çi­li­yi­nin qurulmasında və möhkəmlən­məsində, Azərbaycan sərhəd mühafizəsinin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətləri əbədi olaraq xatirələrdə yaşayacaq!

Dahi öndərin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyası Azər­baycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dai­ma böyük qürur və şərəflə həyata keçiril­əcək, ölkəmizin sərhəd mühafizəsi da­ha da möhkəmlənəcək, yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin hər bir hissəsində müzəffər dövlət bay­rağımız ucaldılacaq!



Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO
Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO
Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ