SON DƏQİQƏ
» » Magistr olmaq istəyənlər üçün ixtisas seçimi başlayır

Magistr olmaq istəyənlər üçün ixtisas seçimi başlayır

Tarix:

1-07-2025, 10:10

/ 2 645 dəfə oxundu.
Magistr olmaq istəyənlər üçün ixtisas seçimi başlayır

İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul tarixlərində seçim etməlidirlər.
GunAz.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal 
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.
скачать dle 12.1

Şərhlər