SON DƏQİQƏ
» » Türkiyə bu universitetlərimizi qara siyahıya saldı: “Diplomları tanınmayacaq”

Türkiyə bu universitetlərimizi qara siyahıya saldı: “Diplomları tanınmayacaq”

Tarix:

29-05-2019, 08:23

/ 1 055 dəfə oxundu.
Türkiyə bu universitetlərimizi qara siyahıya saldı: “Diplomları tanınmayacaq”

Türkiyənin Ali Təhsil Qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ ilə əlaqələr göstərilir:

“Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi FETÖ ilə əlaqələr yazılıb”.

Ekspert bildirib ki, yeni qərara əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.

Qeyd edək ki, hər üç universitetin FETÖ ilə əlaqələrinin olmasına dair bundan öncə də dəfələrlə fikir bildirilib. Bakı Mühəndislik Universiteti FETÖ-yə bağlı Qafqaz Universitetinin bazasında qurulub. Hər nə qədər Türkiyə vətəndaşı olan müəllimlər göndərilsə də, bu universitetlə bağlı şübhələri dağıtmadı.

Yaxın günlərə qədər Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsini daşıyan Ceyhun Osmanlının adı da FETÖ ilə ən sıx hallanan şəxslərdən biridir.

Gəncə Texnologiya Universitetinin də FETÖ-yə yaxınlığı ilə seçilən şirkətlərin vasitəsi ilə bölgədə bu qruplaşmanın oylağına çevrildiyinə dair məlumatlar yayılmaqdaydı.

Görünən odur ku, deyilənin əksinə olaraq, qardaş ölkə “Bizdə FETÖ yoxdur” yalanına inanmır və bu yöndə təhlükənin yenidən öz ölkəsinə sıçraması üçün vacib tədbirləri görməkdə tərəddüt etmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ