SON DƏQİQƏ

Türkiyədə Azərbaycan universiteti yaradılacaq

Tarix:

27-10-2017, 12:56

/ 1 175 dəfə oxundu.
Türkiyədə Azərbaycan universiteti yaradılacaq

Türkiyədə Azərbaycan universiteti yaradıla bilər.

Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat APA-nın sualına cavab olaraq bildirib ki, Azərbaycanın rəsmi dairələri tərəfindən Türkiyədə universitet yaradılması təşəbbüsü irəli sürülüb.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar aparılır: "İnanırıq ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması məsələsi gerçəkləşəcək. Türkiyədə yeni yaradılan Maarif Vaqfı vasitəsilə isə Azərbaycanda Türkiyə universitetinin qurulması mümkündür. Azərbaycan ali məktəblərində türk tələbələrə yüksək səviyyədə təhsil verilir. Bunun nəticəsində son illər türk tələbələrin Azərbaycana ciddi axını başlayıb”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ