SON DƏQİQƏ
» » “Evli olub-olmamağın püşkatmaya nə dəxli var?”

“Evli olub-olmamağın püşkatmaya nə dəxli var?”

Tarix:

30-03-2019, 23:29

/ 10 527 dəfə oxundu.
“Evli olub-olmamağın püşkatmaya nə dəxli var?”

“Shamkir Chess” turnirində püşkatmadan sonra şahmatçıların mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qroyssmesterlər suallara cavab veriblər.

Turnir haqqında fikriniz necədir?

- Şəhriyar Məmmədyarov: Çətin turnir olacaq. Cədvəl oturduğumuz kimi ola bilər. Amma ortadakı (Maqnus Karlseni nəzərdə tutur. Çünki Karlsen sıranın mərkəzində idi). Bizi maraqlı yarış göstərir.

- Gənclər arasında kim şahmat tacı uğrunda mübarizə apara bilər?

- Maqnus Karlsen: Verdiyiniz sual geniş məna kəsb edir. Şahmatda gənclər də, yaşlılar da var. Mən də özümü yaşlılara aid edirəm.

- İki dəfə bu turnirdə qalib olmusunuz. Amma bu yarışlarda Maqnus Karlsen olmayıb. Bu dəfə Maqnus Karlsen var və qalib gələ biləcəksiniz?

- Şəhriyar Məmmədyarov: Maqnus Karlsenin olduğu turnirdə qalib gəlmişəm. Yaxşı turnir keçirmişəm. Onun olduğu turnirlər daha maraqlıdır.

- Son dünya və Avropa çempionatında iştirak etməmisiniz. Avropa çempionatını kənara qoysaq, dünya birinciliyində komandaların heyətləri zəif idi. İkinci nömrələr çıxış edirdi. Orda olsaydınız, millimiz mükafatçılar sırasına düşə bilərdi?

- Teymur Rəcəbov: Biz bildirmişdik ki, proqramımız çətindir. Ona görə uyğun deyildi. Növbəti turnirlərdə iştirak etməyə çalışacağıq.

- Ş.M: FİDE proqramı gec açıqladı. Təqvim bizə uyğun gəlmədi. Bir çox ölkələr də əsas heyətlə qatıla bilmədi. Müzakirə etdik ki, gedə bilərik, yoxsa alınmaz. Alınmadı.

- Burdakı şahmatçıların bir çoxu Vüqar Həşimovla qarşılaşıb. Xatirələrinizi bölüşə bilərsiniz?

- Ş.M: Yəqin ki, burda ən çox Vüqarla mən qarşılaşmışam. Onunla görüşləri yaxşı xatırlayıram. Biz ilk dəfə 9-10 yaşlarında üz-üzə gəlmişik. Çox maraqlı oyunlar idi.

- Sergey Karyakin: Əlbəttə ki, Vüqar möhtəşəm oyunçu idi. Onunla çox oyunlarımız heç-heçə başa çatıb.

- Aniş Giri: Mən də bir neçə dəfə qarşılaşmışam. Uduzduğum matçlar da olub.

- M.K: Bir neçə dəfə onunla üz-üzə gəlmişəm. Rapid növündə daha çox Vüqar qazanıb, klasik növdə mən çox qalib gəlmişəm. Çox maraqlı şahmatçı idi.

- A.Q: Vüqar çox maraqlı və aqressiv rəqib idi.

- Vişvanatan Anand: Vüqarla 2 dəfə rapid, 2 dəfə klassik növdə oynamışam. Maraqlı olub.

- Veselin Topalov: Rapid növündə çox qarşılaşmışıq.

- David Navarra: Vüqar çox güclü oyunçu olub. Bir dəfə ona qalib gəldim, ardınca 6 dəfə uduzdum.

- T.R: Çox oynamışam Vüqarla. Son oyunda qalib gəlsəm də, o hər zaman ağ fiqurlarla təhlükəli idi. Aqressiv idi və qarşısındakına təzyiq edə bilirdi.

- İlk turda Karlsenlə qarşılaşacaqsınız...

- T.R: Çox məmnunam ki, ilk turda Karlsenlə qarşılaşacam.

- Vüqar Həşimovla bağlı xatirələriniz çoxdur. İndiyə qədər heç danışmamısınız...

- S.K: Onunla bağlı çox xatirələrimiz var. Bir çoxunu özümdə saxlamaq istəyirəm. Onunla Çində dünya çempionatında üz-üzə gəldik. Orada yarış uğursuz idi. Amma bir-birimizlə görüşüb danışırdıq. Onun məsləhətlərindən indi də istifadə edirəm. Bakıda dünya çempionatında qardaşı mənə böyük dəstək oldu. 0:2 uduzdurdum, amma onun sayəsində qələbəyə kökləndim.

- Çox bikef görünürsünüz...

- V.T: Sadəcə yorğunam.

- Karlsen, hər dəfə Azərbaycana öz aşpazınızı gətirirsiniz. Azərbaycan mətbəxinə etibar etmirsiniz?

- M.K: Düşünürəm ki, bu özümü daha güvəndə hiss etmək üçündür. Xüsusi başqa səbəb yoxdur.

- Püşkatma bir az fərqli idi. Rəqəmlər xanımların qolunda idi. Səhnəyə çıxmazdan öncə seçəcəyiniz xanımları müəyyənləşdirmişdiniz, yoxsa gözəlliyə görə seçdiniz?

- A.G: Sevgilim var.

- S.K: Mənim üçün daha rahat oldu. Çünki səhnəyə çıxanda 2 qara, 1 ağ rəqəm var idi. Ağı seçdim.

- T.R: Mən evliyəm. Düşünürəm ki, xanımların hamısı xoşgörünüşlü idi.

- Ş.M: Başa düşmürəm ki, şahmatçıların evli olub-olmamağının püşkatmaya nə dəxli var? Həmişəki kimi səhv intuisiya sayəsində qara fiqurlarla oynayacam. Ümid edirəm ki, gələn il kişilər olar, ağ fiqurlarla oynayaram.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ