SON DƏQİQƏ
» » David Navara: Vüqar Həşimova ardıcıl altı dəfə məğlub olmuşam

David Navara: Vüqar Həşimova ardıcıl altı dəfə məğlub olmuşam

Tarix:

30-03-2019, 22:28

/ 10 349 dəfə oxundu.
David Navara: Vüqar Həşimova ardıcıl altı dəfə məğlub olmuşam

“ShamkirChess 2019” şahmat turnirindən əvvəl 10 qrossmeysterin iştirakı ilə mətbuat konfransı keçirilib.

GunAz.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, brifinqdə maraqlı açıqlamalar səsləndirilib. 

Şəhriyar Məmmədyarov: “Düşünmürəm ki, oturduğumuz sıralama ilə turnir yekunlaşacaq. Ümid edirəm ki, sonuncu sıralarda otursaq da, turniri irəlidə bitirəcəyik. 

Sözsüz ki, Maqnus Karlsensiz və Maqnus Karlsenin iştirakı ilə turnirdə qalib olmaq fərqlidir. Düşünürəm ki, onunla birgə turnirdə iştirak etmək daha maraqlıdır.

FIDE turniri gec açıqladığından, dünya çempionatına gedə bilmədik. ABŞ kimi komanda da ikinci heyətlə ora getməli oldu. Ümid edirəm ki, növbəti dünya çempionatında iştirak edəcəyik.

Vüqar Həşimovla ilk oyunum 9-10 yaşlarımız olan dövrə düşür. Onunla bəlkə də iyirmiyə yaxın oyun keçirmişəm. Vüqar uşaq vaxtı məndən daha istedadlı idi. Amma zaman keçdikcə, bərabər səviyyədə çıxış etməyə başladıq”.

Sergey Karyakin: “Vüqar Həşimovla çox oyunlarımız heç-heçə olurdu. Bu dəfə fərqli forma ilə gəlməyə üstünlük verdim. Amma sponsorumda dəyişiklik yoxdur. Yenə Kaspersky firması mənə sponsorluq edir. Bir şirkət isə yarı Çin, yarı ingilis şirkətidir”.

Maqnus Karlsen: “Dünya Şahmat Tacına 30-40 yaşlı idmançılar iddia edir. Mən də özümü yaşlı oyunçulardan biri kimi görürəm. 

Vüqarla oyunlarımız çətin alınırdı. Rapiddə Vüqar daha çox qalib gəlirdi. Amma klassik şahmatda mən üstün olurdum. Bura aşbazla gəlməyimin səbəbi özümü daha güvənli hiss etməyimlə bağlıdır”.

Sergey Qrişuk: “Buranı bəyəndim. Havası gözəldir. İlk dəfə dəvət alıram. Açığı, əvvəllər dəvət edən olmamışdı deyə, gəlməmişdim”.

David Navara: “Vüqara bir dəfə qalib gəldiyimi xatırlayıram. Amma ardıcıl olaraq altı dəfə ona məğlub olmuşam”.

скачать dle 12.1

Şərhlər