SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarov Vaşye-Laqrav ilə heç-heçə etdi

Şəhriyar Məmmədyarov Vaşye-Laqrav ilə heç-heçə etdi

Tarix:

25-08-2018, 08:39

/ 10 325 dəfə oxundu.
Şəhriyar Məmmədyarov Vaşye-Laqrav ilə heç-heçə etdi

Bu gün ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" superturnirinin VI turu keçirilib.

Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb.

Partiya heç-heçə başa çatıb.

Digər qarşılaşmaların nəticələri:

Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) – 1:0

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Xikaru Nakamura (ABŞ) – Levon Aronyan (Ermənistan) – 0,5:0,5

Aleksandr Qrihuk (Rusiya) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

Uesli So (ABŞ) – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5

Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində təmiz liderliyə yüksəlib. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.

Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ