SON DƏQİQƏ

Məmmədyarovdan növbəti qələbə

Tarix:

17-03-2018, 09:17

/ 10 384 dəfə oxundu.
Məmmədyarovdan növbəti qələbə

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Gunaz.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Rəqib 64-cü gedişdə təslim olub.

Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.

İddiaçılar Turniri, VI tur

Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0

Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0

Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ