SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarovdan gözlənilməz nəticə

Şəhriyar Məmmədyarovdan gözlənilməz nəticə

Tarix:

22-03-2018, 23:22

/ 10 373 dəfə oxundu.
Şəhriyar Məmmədyarovdan gözlənilməz nəticə

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.

ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib.

Bu nəticədən sonra Karuana liderliyini davam etdirib. Aktivində 2 qələbə və 8 heç-heçə olan Məmmədyarov isə ikincidir.

Turun digər görüşləri:

Aleksandr Qrişuk (Rusiya) – Sergey Karyakin (Rusiya) – 0.5:0.5

Vladimir Kramnik (Rusiya) – Levon Aronyan (Ermənistan) – 1:0

Din Lijen (Çin) – Uesli So (ABŞ) – 0.5:0.5

9 turdan sonra Karuana 6,5 xalla vahid liderdir. Məmmədyarov 6 xalla 2-ci, Qrişuk 5,5 xalla 3-cü yerdə qərarlaşıb. 4-5-ci pillələrdəki Karyakin və Din Lijen hərəyə 5 xalla bölüşür. 6-cı pillədəki Kramnikin 4,5, 7-ci pillədəki Sonun 4, 8-ci pillədəki Aronyanın 3,5 xalı var.

Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ