SON DƏQİQƏ
» » Sizi çox sevirik..amma balalarımızı sizdən çox sevirik-İTTİHAM

Sizi çox sevirik..amma balalarımızı sizdən çox sevirik-İTTİHAM

Tarix:

3-04-2020, 08:55

/ 3 150 dəfə oxundu.
Sizi çox sevirik..amma balalarımızı sizdən çox sevirik-İTTİHAM

 Fatma Abbasquliyeva
Bir addım deyək, yoxsa bir neçə saat, nə cür deyiriksə deyək , amma dövləti, höküməti biz özümüz buna məcbur etdik..Başqa yol buraxmadıq. Çalışdıqları sahədə belə işlərini düz-əməlli bilməyən adamlar "məncə
adamları evə çağırmaq düz deyil" deyib bozardı.İngilis alimləri isə ordan bar-bar bağırdı ki,, Azərbaycan düzedir, təmaslar azalmalı, insanlar evlərinə yığışmalıdırlar.
Və bir azdan Azərbaycan insanı evində olmağa məcbur olacaq. İndi estafet sosial qurumlara və televiziyalara verilir .Sosial qurumlar hökümətin iqtisadi paketini səviyyəli şəkildə yerinə yetirməli, insanlar narazı qalmamalı, televiziyar isə...bax bu çox incə məqamdı.Hörmətli televiziya rəhbərləri, hörmətli Zaurlar(2)
Xoşqədəmlər və s.. inanın artıq heç kimə maraqlı deyil həci-məci söhbətləri, Şəbnəmin neçə kilo çəki verməyi,Damlanın hansı yeməyi sevməyi..maraqlı deyil.Boş verin artıq o söhbətləri..qarderoblar- filanlar..artıq maraqlı deyil, hansısa ucqar kənddə kiminsə kiməsə qoşulub qaçmağı..
Sizi çox sevirik..amma balalarımızı sizdən çox sevirik.Dünənədək gününün çox hissəsini məktəblərdə, unilərdə keçirən balalar ekran qarşısında olacaqlar. Lütfən unutmayın bunu...Ekran qarşısında yeni dünyanın insanı əyləşəcək. O insan ki dosta dost kimi yanaşacaq... o insan ki, insana məqama və mərtəbəsinə görə yox, mənəviyyatına görə qiymət verəcək. Övladlarımızın başını Şəbnəmlərlə Damlalarla qatmayın..Vətənimizin ziyalı insanları var, tanıdın onları balalara.Kitaba, oxuya həvəs yaradın..və bir də onsuz da gərgin olan insanların canını boğazına yığmayın.Və dövlətimizə yardımçı olunскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ