SON DƏQİQƏ
» » Hay-küy salmaqla bizi nəyəsə məcbur etmək olmaz – Məzahir Pənahov

Hay-küy salmaqla bizi nəyəsə məcbur etmək olmaz – Məzahir Pənahov

Tarix:

30-01-2020, 17:01

/ 1 784 dəfə oxundu.
Hay-küy salmaqla bizi nəyəsə məcbur etmək olmaz – Məzahir Pənahov

"Heç kim ətrafına insanları toplayaraq, hay-küy yaratmaqla bizi nəyəsə məcbur edəcəyini düşünməsin”.
GunAz.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK-nın bu gün keçirilən iclasında M.Pənahov bildirib ki, bütün xoşagəlməz hallar qanunun tələblərinə uyğun şəkildə aradan qaldırılacaq: "Doğrudur, MSK sosial şəbəkələrdə yayılan videomateriallara diqqət yetirir. Ancaq müəyyən qrup insanlar var ki, reallığa uyğun olmayan sensasiya xarakterli məlumatları sosial şəbəkələrdə yaymağa çalışır. Bu kimi hallar qəbuledilməzdir. Amma sosial şəbəkələrdə həqiqətən qanunu pozan insanlarla bağlı məlumatlar ciddi şəkildə araşdıırlacaq”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ