SON DƏQİQƏ
» » Cümhuriyyətin “Xalq artisti” olan yeganə xanəndə kim idi?- TARİX

Cümhuriyyətin “Xalq artisti” olan yeganə xanəndə kim idi?- TARİX

Tarix:

26-11-2017, 19:05

/ 1 573 dəfə oxundu.
Cümhuriyyətin “Xalq artisti” olan yeganə xanəndə kim idi?- TARİX

Yəqin dəyərli oxucular da ilk dəfə olaraq, “Cümhuriyyətin Xalq artisti” ifadəsini eşitmiş oldular. Yəni, doğrudanmı cəmi 23 ay ömür sürən Azərbaycan Cümhuriyyətində mədəniyyət xadimlərinə belə titul verilib?
Moderator.az gələn il yüzillik yubileyi keçiriləcək Azərbaycan Cümhuriyyəti ilə bağlı  bir çox yazılar yazsa da, dövlətin mədəni siyasətinə az toxunub. Amma hər halda, Cümhuriyyət dövründə belə bir titulun olacağına inanmırıq. 
Lakin 1934-cü ilə aid olan bir sənəddə Azərbaycanın Xalq Maarif komissarı Müseyib Abbasov böyük xanəndə Cabbar Qaryağdıoğluna məhz bu cür xitab edib. 
Moderator.az musiqişünas Firudin Şuşinksiyə istinadən. Həmin məktubu təqdim edəcək. Lakin bir məsələdə də diqqət ayıraq: 1934-cü ildə Cümhuriyyət adını çəkmək adi vaxtlarda belə qəti qadağan idi. O ki qaldı, rəsmi sənədlərdə. Lakin o zamankı komissar Müseyib Şahbazov bürokrat məmur yox, əsl ziyalı və nüfuzlu pedaqoq idi. O, 1935-36-cı illərdə bu vəzifədə çalışmışdı. Sonradan qısa fasilələrlə bir neçə məsul vəzifədə çalışsa da, 1937-ci ildə repressiyanın qurbanı olmuşdu. Görünür, təmiz pedaqoq simasını saxlamaq Müseyib Şahbazova bu aqibəti yaşadıb. 
Cabbar Qaryağdıoğluna ünvanlanan təbrik məktubunun mətnini təqdim edirik:
“Cümhuriyyətin xalq artisti Cabbar Qaryağdı yoldaşa! 
Musiqi incəsənəti cəbhəsində fəaliyyətinizin 60 illik yubileyi münasibəti ilə sizi təbrik edirəm. Vokal incəsənətinin ən yaxlı və ən köhnə nümayəndələrindən biri olaraq, siz öz həyatınızın 60 ili ərzində xalq mədəniyyətinin inkişafına, həmçinin gənc kadrlar yetişdirilməsinə böyük qüvvə və enerji sərf etmişsiniz. Ordenli Cümhuriyyətin hökuməti tərəfindən sizə Xalq artisti adı verilməsi münasibəti ilə sizi təbrik edərək, uzun illər yaşamanızı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər qazanmanızı arzu edirəm”.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ