SON DƏQİQƏ
» » 10 yaşlı azərbaycanlı qız Belçikanı heyrətləndirdi

10 yaşlı azərbaycanlı qız Belçikanı heyrətləndirdi

Tarix:

10-02-2018, 21:09

/ 1 318 dəfə oxundu.
10 yaşlı azərbaycanlı qız Belçikanı heyrətləndirdi

10 yaşlı azərbaycanlı Ləman Kazımova Belçikanın Antverpen şəhərində gənc jurnalistlər arasında keçirilən müsabiqənin mükafatçısı olub.

Gunaz.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Gazet van Antwerpen" məlumat yayıb.

Nəşrin yazdığına görə, kollecin ibtidai sinif şagirdi olan bu qız holland dilində yazı müsabiqəsinin qalibi olub: "Bizim gənclik nə qədər istedadlı olduğunu hər il sübut edir. Baxmayaraq ki, Ləmanın ana dili holland dili deyil, o bir çox istedadlardan seçilir".

Ləman Kazımova bildirib ki, indiyə qədər də evdə valideynləri ilə azərbaycanca danışıb: "Biz əvvəlcə Rotterdamda yaşayırdıq, amma sonra Essenə köçdük. Bu ölkədə mən özümü evimizdəki kimi hiss edirəm, xüsusilə məktəbimiz çox xoşuma gəlir. Mənim inşam məktəbə həsr edilmişdi, orada mən üç qızın dostluğundan danışmışam. Bu qızlar böyük şouda iştirak etməyi arzu edirlər və bir gün onların arzusu həyata keçir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ