SON DƏQİQƏ
» » “Banklar hər 100 manatlıq kreditin 80 manatını Bakıya ayırırlar” – Bəs regionlarda vəziyyət necədir?

“Banklar hər 100 manatlıq kreditin 80 manatını Bakıya ayırırlar” – Bəs regionlarda vəziyyət necədir?

Tarix:

5-04-2021, 13:29

/ 3 530 dəfə oxundu.
“Banklar hər 100 manatlıq kreditin 80 manatını Bakıya ayırırlar” – Bəs regionlarda vəziyyət necədir?

"Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldqıda o zaman kredit qoyluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur.

Bu barədə GünAz.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir bildirib. Millət vəkili qeyd edib ki, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür. Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərində ayırırlar: "Bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır.

 Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibidr. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ