SON DƏQİQƏ

Bankların faiz əməliyyatı

Tarix:

5-03-2019, 19:46

/ 10 338 dəfə oxundu.
Bankların faiz əməliyyatı

 


"Banklar faiz dərəcələrinə yenidən ciddi şəkildə baxmalı ,onları aşagı salmalıdır".
İqtisadcı ziyalımız , xalqın rəgbətini qazanmış millət vəkilimiz Vahid Əhmədov demişdir : "Banklar bu addıma mütləq getməlidir . 
Eyni zamanda düşünürəm ki , cənab Prezidentin problemli kreditlərlə baglı imzaladıgı fərman banklarda kredit faizlərinin azaldılmasına səbəb ola , buna da gətirib çıxara bilər. Artıq Banklar işlərini elə qurmalıdırlar ki , faizlər yüksək olmasın . Prezidentin problemli kreditlərlə baglı fərmanında üç ciddi məsələ var ki , onlardan biri elə bu məsələni özündə ehtiva edir , aydın izah edir . Yəni həmin məsələ qiymətli kagızlar bazarının inkişaf etdiriməsi ilə əlaqədardır .
Bunun üçün qiymətli kagızlar bazarına 715 milyon dollar vəsait buraxılır . Bu, qiymətli kagızlar bazarının inkişafı deməkdir " 
Vahid Əhmədov xüsusilə qeyd edib ki , Dövlət rəhbəri banklara ona görə kömək etmir ki , onlarb25-30 faizlə kredit verməklə davam etsinlər : " Banklar problemli kreditlərlə baglı məsələ həll edildikdən sonra , dediyim kimi , sıfırdan işlərini başlamalıdırlar .Beynəlxalq aləmdə oldugu kimi , kredit faizləri15-16 faizə salınmalıdır" 
Millət vəkili banklara yalnız milli valyuta ilə - manatla kredit verməyə çagırıb . Vahid müəllim qeyd edib ki , dollarla verilən kreditlərin yaratdıgı çətinliklər , narahatlıqlar göz önündədir , burada nəsə kəşf etməyə ehtiyac yoxdur : "Ona görə də banklar yaxşı götür - qoy etməli , kreditlərin dollarla deyil, manatla verilməsi barədə birdəfəlik qərar verilməlidir . Burada ikinci söz ola bilməz " 
Millət vəkili Tahir Rzayev də bankları öz siyasətlərində dəyişiklik etməyə , xüsusilə kreditləri dollarla deyil, milli valyuta ilə verməyə çagırıb . 
Banklar kredit verərkən imtiyazli vətəndaşları da nəzərə almalidirlar . Əgər dövlət banklara bu qədər köməklik edirsə , faiz dərəcələri hiss edilməz dərəcədə azaldılmalı və ümumiyyətlə 15 faizdən də aşagı salınmalidır . 
Nəinki banklara ,eyni zamanda banklara nəzarət palatasina da ciddi dövlət nəzarət olmalidir . 
Banklar imtiyazli vətəndaşlara faizsiz kredit versələr daha məqsədəuygun sayılar . 
Rauf İlyasoglu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ