SON DƏQİQƏ
» » Cari ildə kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

Cari ildə kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

Tarix:

21-06-2019, 10:18

/ 2 027 dəfə oxundu.
Cari ildə kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

Mayın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 11,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən GunAz.az-a bildirilib ki, ümumi kredit portfelinin 10 milyard 405,8 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 503,8 milyon manat olub və ümumi kredit portfelinin 11,56 faizini təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ