SON DƏQİQƏ

Bank sektorunun gəliri iki dəfə azaldı

Tarix:

17-12-2018, 18:40

/ 10 421 dəfə oxundu.
Bank sektorunun gəliri iki dəfə azaldı

2018-ci il noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 690.2 milyon manat olub. Kredit portfeli 11 milyard 889.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 518 milyon manat təşkil edib.

GunAz.az xəbər verir ki, bankların ümumi xalis mənfəəti 238 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,3 dəfə azdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə, bankların kreditlərdən götürdükləri faiz gəlirləri azalıb və bu ilin on ayında cəmi faiz gəlirləri 1 mlrd. 445,2 mln. manat olub. 
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 46,3% azalaraq 445,2 mln. manata düşüb.
Bankların faiz xərcləri 489,3 mln. manat (azalma 33,9%), o cümlədən depozitlər üzrə 320 mln. manat (artım 0,1%), qeyri-faiz xərcləri 819,4 mln. manat (artım 3,8%) təşkil edib.

10 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 581,8 mln. manat (azalma 34%), mənfəət vergisi üzrə ödənişlər 27,9 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 315,4 mln. manat yönəldib (artım 1,9%). Nəticədə, cari ilin yanvar-oktyabr aylarında bank sektorunun xalis mənfəəti 238 mln. manat təşkil edib.

скачать dle 12.1

Şərhlər