SON DƏQİQƏ
» » Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

Tarix:

25-01-2021, 20:45

/ 7 094 dəfə oxundu.
Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra "Qarabağ”, "Keşlə” və "Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

3 görüşdə Premyer Liqa təmsilçiləri, birində isə I divizion klubu qələbə qazanıb. "Qəbələ" "Turan Tovuz"u 2:0, "Zirə" "Qaradağ Lökbatan"ı 4:0, "Kəpəz" isə gözlənilmədən Premyer Liqa təmsilçisi "Sabah"ı 2:1 hesabı ilə üstələyib.

Azərbaycan kuboku
1/4 final
1/2-7/8 fevral

"Sumqayıt" - "Səbail"
"Qarabağ" - "Qəbələ"
"Keşlə" - "Kəpəz"
"Neftçi" - "Zirə"

Qeyd edək ki, 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ