SON DƏQİQƏ
» » Azərbaycan kubokunda yarımfinal oyunları keçiriləcək

Azərbaycan kubokunda yarımfinal oyunları keçiriləcək

Tarix:

30-03-2017, 08:12

/ 4 698 dəfə oxundu.
Azərbaycan kubokunda yarımfinal  oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
 Mübarizəni davam etdirən dörd Premyer Liqa klubu paytaxtda üz-üzə gələcək.
Finala vəsiqə qazanmaq uğrunda savaşan kollektivlər yarışa 1/8 final mərhələsində qoşulublar və ilk rəqibləri I divizion təmsilçiləri olub. Növbəti mərhələdə isə elita komandalarını üstələyiblər.
"İnter" "Qaradağ Lökbatan"la "Kəpəz"i məğlub edibsə, "Qəbələ" "Zaqatala" və AZAL-dan güclü olub. "Neftçi" danışılmış oyunlara görə I divizondan kənarlaşdırılan "Şərurspor"la "Zirə"ni keçdiyi halda, Azərbaycan kubokunun son qalibi "Qarabağ""Səbail" və "Sumqayıt"ı durdurub.
Maraqlıdır ki, ötən mövsümdə də yarımfinalçılar hazırkı "4-lük" idi. Lakin həmin vaxt "İnter" "Qarabağ"la, "Neftçi" isə "Qəbələ" ilə düşmüşdü. Həlledici görüşə gəlincə, Ağdam klubu finalda 80 illik yubileyini qeyd edən "ağ-qaralar"ı əlavə vaxtda vurulan bir qolla məğlub edib.
Azərbaycan kubokunun yarımfinalçıları cari mövsümdə 4-cü dəfə qarşılaşacaqlar. Əvvəlki 3 görüş Premyer Liqanın ilk 3 dövrəsinə təsadüf edib və həmin matçların ümumi hesabında qonaq komandalar üstündür.
"Qarabağ" "Neftçi"ni 2 dəfə məğlub etdiyi halda (3:0, 2:0), 1 oyunda heç-heçə qeydə alınıb (1:1). "İnter"lə "Qəbələ"nin 3 duelindən 2-sində qalib müəyyənləşməyib (0:0, 1:1). Digər matçda isə əyalət klubu "İnter Arena"da 2 cavabsıq qolla zəfər çalıb.
Hər iki oyun "CBC Sport” kanalı ilə canlı yayımlanacaq. Yarımfinal mərhələsinin cavab matçları aprlein 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart (cümə axşamı)
17:00 "İnter” – "Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”
19:30 "Neftçi” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena”

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ